Azərbaycanın ən böyük işəgötürəni SOCAR əməkdaşlarının maaşını 20% artırıb

2019-09-02 17:32:24 / 1554 dəfə oxunub

Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin (SOCAR) işçilərinin maaşı artırılıb.

Bu barədə SOCAR-dan məlumat verilib.

SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% qaldırılıb. Şirkətdən bildirilir ki, tarif (vəzifə) maaşlarının artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

Qeyd olunur ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!