İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı

2019-09-02 11:28:04 / 807 dəfə oxunub

İordaniyanın "Petra"dövlət informasiya agentliyində, aparıcı "Əd-Dustur"və "Ər-Ray" qəzetlərində, eləcə dəwww.orobanews.com,www.nayrouz.comkimi xəbər portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında məqalə yayılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindənAZƏRTAC-a bildiriblər ki, məqalədə Mehriban Əliyevanın həyatı, çoxşaxəli fəaliyyətinə nəzər salınır. Oxuculara məlumat verilir ki, Azərbaycanın birinci xanımı müxtəlif təşəbbüslər vasitəsilə xalqın geniş təbəqəsinin, xüsusilə də qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin həllinə nail olur, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayır. Heydər Əliyev Fondunun xətti ilə yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, eləcə də talassemiya mərkəzi tikilib. Mehriban xanımın diqqət dairəsində uşaqlarla yanaşı, ahıllar və şəhid ailələri də dayanır.

Heydər Əliyev Fondunun Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyi, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirdiyi, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına müvəffəq olduğu məqalədə öz əksini tapır. Fondun dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış və perspektivli musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verdiyi, yaradıldığı gündən bəri dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynadığı, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına müstəsna töhfələr verdiyi vurğulanır.

Məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işlərinin həyata keçirildiyi qeyd edilir. Roma şəhərində yerləşən Kapitolini Muzeyində filosoflar zalının bərpası Fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edildiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanlarının da Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmadığı önə çəkilir və bu yöndə təqdim edilən humanitar yardımlar yada salınır.

Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq birinci xanımın 2004-cü ildə YUNESKO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi barədə oxuculara məlumat verilir.

Məqalədə Mehriban Əliyevanın Azərbaycanın idman ölkəsi kimi tanıdılması istiqamətindəki dəyərli töhfələrinə də geniş yer ayrılır. Xüsusilə qeyd edilir ki, onun yorulmaz əməyi nəticəsində Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bədii gimnastika üzrə beynəlxalq kubok yarışına müvəffəqiyyətlə ev sahibliyi edib. Bundan başqa, "Avroviziya"mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səyləri məqalədə qeyd olunur.

Diqqətə çatdırılır ki, Mehriban xanım Əliyeva gördüyü işlərə görə bir çox ölkələrin və beynəlxalq təşkilatların müxtəlif orden və medallarına layiq görülüb.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!