Rafael Cəbrayılov: “Nuru Paşanın tarixi missiyası AXC-nin suverenliyini reallaşdırdı.”

2019-09-15 15:51:13 / 4327 dəfə oxunub
"15 sentyabr 1918-ci il Azərbaycanın müstəqilliyi tarixində şanlı bir səhifədir. Həmin gün Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu erməni-bolşevik hərbi birləşmələrini darmadağın edərək Bakı şəhərini işğaldan azad etdi. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçdü və Bakı müsəlman şərqinin ilk demokratik respublikasının paytaxtı kimi fəaliyyət göstərməyə başladı”. Bunu Bakının işğaldan azad olunmasının 101-ci il dönümü ilə bağlı danışan deputat Rafael Cəbrayılov deyib. Onun sözlərinə görə, Nuru paşanın Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi ermənilərin sovet bayrağı altında xalqımıza qarşı törətdiyi soyqırımı daha ağır nəticələr verəcəkdi: "Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cumhuriyyəti üçün həyatı əhəmiyyətə malik tarixi missiyanı icra edib. Bildiyiniz kimi 1918-ci ildə Azərbaycanda siyasi hakimiyyət Stepan Şaumyanın sədrlik etdiyi Azərbaycan Xalq Komissarları Sovetinin əlində idi. Bu siyasi durumdan istifadə edən ermənilər Bakıda və Azərbaycanın əksər rayonlarında xalqımıza amansızlıqla divan tutur, soyqırımı həyata keçirirdilər. Nuru paşanın Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi ermənilərin sovet bayrağı altında xalqımıza qarşı törətdiyi soyqırımı daha ağır nəticələr verəcəkdi. Faktiki olaraq soyqırımının qarşısının alınması və erməni silahlı birləşmələrinin darmadağın edilməsində Nuru paşanın müstəsna rolunu qeyd etməmək tarixi haqsızlıq olar”.

R.Cəbrayılov onu da qeyd edib ki, o zaman dövlət müstəqilliyi "de-yure" elan edilsə də, "de-fakto" belə bir dövlət mövcud deyildi. Nuru Paşa Gəncəyə hucum edib şəhəri erməni silahlı birləşmələrindən və inqilabçılardan təmizlədi: "Yalnız bundan sonra M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura Azərbaycana gələ bildi və Gəncədə yerləşdi. Stepan Şaumyanın göstərişi ilə Gəncəyə nizami ordu hissələri göndərildi. Göyçay yaxınlığında baş tutan döyüş Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Bundan sonra bu ordunun Bakıya zəfər yürüşü başlandı. Müxtəlif bölgələrdə dinc əhaliyə divan tutan erməni silahlı birləşmələri darmadağın edildi, soyqırımın qarşısı alındı və 1918-ci il sentyabrın 15-də Bakı azad edildi. Bundan sonra siyasi hakimiyyət Gəncədən Bakıya köçə bildi.”

Sonda deputat Nuru Paşa və Qafqaz İslam Ordusuna abidə ucaldılması təklifi ilə çıxış edib: "Nuru paşa və Qafqaz İslam Ordusunun tarixi xidmətləri üzərinə kölgə salmağa calışan insan, kim olursa olsun, əslində Azərbaycan-Turkiyə münasibətlərinə zərbə vurmağa çalışır. Mən o fikirdəyəm ki, Nuru Paşa və Qafqaz İslam Ordusuna abidə ucaldılmalıdır. Həmin ordunun tərkibində çoxlu sayda könüllü soydaşlarımız da qəhrəmanlıqla vuruşmuşdular. Qafqaz İslam Ordusunun xidmətləri şanlı tariximizdir.”
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!