Aşurada qan verən 49 nəfərdə sifilis aşkarlandı

2019-09-18 10:00:47 / 1186 dəfə oxunub

Aşurada qanvermə aksiyasına qoşulan 49 nəfərdə sifilis aşkar olunub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstələrə yardım məqsədilə könüllü qanvermə zamanı 169 nəfərdə virus aşkar olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə 5 min 809 nəfər könüllü qan verib.

Qeyd edək ki, aksiyalarda könüllü qan verən 5 min 809 nəfərdən 2 min 614.1 litr qan tədarük olunub. Dördinfeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı cəmi 169 nəfərdə virus aşkar olunub.

HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb.

44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49 nəfərdə isə sifilis aşkar edilib.

Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!