Rayonlarda narkomaniyaya qarşı silsilə tədbirlər keçirilib

2019-08-01 19:46:11 / 530 dəfə oxunub

Demokratiya və İnsan hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə qanunda və reallıqda" adlı tədbirlər həyata keçirib.

5 ay davam edən layihənin məqsədi narkotik vasitələrin orqanizmə tibbi zərərləri və onların qanunsuz dövriyyəsi ilə mübarizənin qanunda necə tənzimlənməsi və reallıqda necə həyata keçirilməsi ilə onun qlobal problem kimi qarşısının alınmasında cəmiyət və hüquq-mühafizə orqanlarının həmrəyliyinə nail olmaqdır.

Layihə çərçivəsində Masallı, Astara və Biləsuvar rayonlarında tədbirlər keçirilib.. Tədbirlərdə gənclər və yeniyetmələrlə işləyən gənclər təşkilatlarının , məktəb valideyn komitələrinin, icra strukturlarında gənclərlə iş şöbəsinin nümayəndələrinin, hüquq mühafizə orqnlarının gənclərlə iş şöbəsinin səlahiyyətli nümayəndəsinin, bələdiyyə üzvləri , gənclər, orta və yaşlı insanlar, həmçinin QHT və KİV nümayəndələrinin iştirak ediblər.

Tədbirlər 2 hissədən ibarət olub. 1-ci hissə maarifləndirici seminar, 2-ci hissə dinləmə və müzakirələr.

Narkomaniyanın tibbi fəsadları haqda slayd vasitəsi ilə təqdimatlar keçirilib.

Slaydda aşağıdakı mövzular əksini tapıb.

  1. Narkomaniyanın tarixi,
  2. İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
  3. Narkotiklərdən asıllıqın yaranma səbəbləri
  4. Narkomaniyanin törətdiyi fəsadlar
  5. Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər
  6. Narkomnaiya ilə necə mübarizə aparılmalı
  7. Narkomaniyadan əziyyət çəkənlərin xilası.
  8. Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzi vaxt reseptsiz satılması.

Tədbirlərdə iştirak edən həm rayon polis şöbəsi, icra hakimiyyəti nümayəndələri "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun rayonda icrası ilə bağlı iştirakçıları məlumatlandırıblar.

Tədbirlər hansı rayonlarda keçirilib?

19 sentyabr 2019-cu ildə Biləsuvarda keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin nümayəndəsi Məhərrəm Qurbanov açıb. Layihənin təşkilatçısı Nabat Qəniyevaya donor və layihə haqda ətraflı məlumat verib. Tədbirdə hüquq-mühafizə orqanlarının, rayonun icra hakimiyyətinin nümayəndələri, rayon gənclər mərkəzinin, məktəb valideyn komitələrinin, bələdiyyə, QHT, KİV təmsilçiləri iştirak ediblər. Biləsuvar RPŞ-nin səlahiyyətli nümayəndələri Cabir Bəşirov və Sahib Səfərov da tədbirdə iştirak ediblər.

Tədbir 2 hissədən ibarət olub. 1-ci hissədə həkim Ayxan Bağırov narkomaniyanın tibbi fəsadları haqda geniş məlumat verib.

Biləsuvar RPŞ-nin səlahiyyətli nümayəndəsi Cabir Bəşirov çıxış edərək rayonda narkomaniya qarşı aparılan mübarizədən danışıb. Digər polis əməkdaşı Sahib Səfərov da çıxış edərək gəncləri maraqlandıran süallara cavab verib.

20 sentyabr 2019-cu ildə Astarada keçirilən tədbiri rayon icra hakimiyyətinin nümayəndəsi Elmir Rəsulov açıb. Layihənin təşkilatçısı Nabat Qəniyevaya donor və layihə haqda geniş məlumat verib.

Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, rayon gənclər mərkəzinin, məktəb valideyn komitələrinin, bələdiyyə, QHT, KİV nümayəndələri və gənclər iştirak ediblər. Astara RPŞ-nin səlahiyyətli nümayəndəsi Rzayev Amal , RİH -nin nümayəndələri Tural Eyvazov, Elmir Rəsulov mövzu ətrafında çıxışlar edərək narkomaniyaya qarşı rayonda görülən tədbirlər barədə danışıblar.

Tədbirin 1-ci hissəsində həkim Ayxan Bağırov narkomaniyanın tibbi fəsadları haqda slayd vasitəsi ilə geniş məlumat verib.

21 sentyabr 2019-cu ildə Masallıda keçirilən tədbiri giriş sözü ilə təşkilatın regional koordinatoru Ələsgər Hüseynov açıb. Layihənin təşkilatçısı Nabat Qəniyeva donor və layihə haqda məlumat verib. Tədbirdə hüquq-mühafizə orqanlarının, narkotiklərlə mübarizə idarəsinin əməkdaşları və tədbirlərin keçirildiyi rayonun icra hakimiyyətinin nümayəndələri, rayon gənclər mərkəzinin, məktəb valideyn komitələrinin, bələdiyyə, QHT, KİV nümayəndələrinin və gənclərin iştirakı təmin edilib.

Masallı RPŞ-nin səlahiyyətli nümayəndələri Cəlal Əbülfəzli və RİH -nin nümayəndəsi Vaqif Xəlilov tədbirdə iştirak ediblər.

Tədbirin birinci hissəsində həkim Ayxan Bağırov narkomaniyanın tibbi fəsadları haqda slayd vasitəsi ilə iştirakçılara məlumat verib.

2-ci hissə dinləmə və müzakirələr olub. Biləsuvar RPŞ-nin səlahiyyətli nümayəndələri Cəlal Əbülfəzli çıxış edərək rayonda narkomaniya ilə bağlı qəbul edilmiş qanunlara necə əməl olunmasından, gənclərlə iş prinsiplərindən, gələcək planlarından danışıb.

RİH -nin nümayəndəsi Vaqif Xəlilov da RİH -nin narkomaniya ilə bağlı gördükləri işlərdən danışıb.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!