Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicə xərclərini öz üzərinə götürdü

2019-10-10 20:12:33 / 948 dəfə oxunub

Heydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicə xərclərini öz üzərinə götürüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb.

"Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda atamın vəziyyəti yaxşıdır, rahat şəkildə yeriyir, gəzir. Atamın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb", - R.İbrahimov bildirib.

Qeyd edək ki, A.İbrahimov bir həftə əvvəl ürəyindən əməliyyat olunub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!