"Milli Şura piket adı altında təxribat törətdi" - Mübariz Qurbanlı

2019-10-10 12:53:31 / 537 dəfə oxunub
"Milli Şuranın keçirdiyi aksiya piket adı altında törədilən təxribat idi. Bu hadisə həmin radikal qrupların niyyətinin doğru olmadığını göstərdi, eyni zamanda onlar qanunlara əməl etmədiklərini nümayiş etdirdilər”

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.

YAP rəsmisi qeyd edib ki, Milli Şura piket adı altında təxribat törədib: "Piketə icazə verilib, gəl normal piketini keçir. Sən piketə icazə alıb, orada təxribat törədirsənsə, deməli, qanunlara əməl etmirsən. Qanunlara əməl etməyən qrupların bu cür hərəkətləri əlbəttə, onların üzərində qalır. Piketə icazə verilib. Amma onlar çağırış etmişdilər və müxtəlif qruplar vasitəsilə qarışıqlıq yaratmaq istəyirdilər. İstədiklərinə nail ola bilmədilər”.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!