AXCP üzvü siyasi mənsubiyyətinə görə saxlanılmayıb - Bakı polisi

2019-10-11 17:25:06 / 8820 dəfə oxunub
"Qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi yoxdur”.

BakıŞəhər Baş Polis İdarəsinin mətbuat xidmətindənverilən məlumata görə, əvvəllər CM-nin 177.2.1 maddəsi ilə məhkum olunanT.Məmmədov həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, o, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun "İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb:

"Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir”


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!