Ucarda uşaqlara qarşı zorakılıqsız həyat mövzusunda müzakirələr aparılıb

2019-10-14 13:21:25 / 1281 dəfə oxunub

"Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı "Uşaqlara qarşı zorakılıqsız həyat” adlı maarifləndirmə kampaniyası çərçivəsində Ucar rayonunda maarifləndirmə tədbiri keçirilib.

İctimai Birlikdən bildiriblər ki, tədbirdə uşaqlar, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə layihənin eksperti Əhməd Mansurov görüləcək işlər, reallaşdırılan tədbirlər barədə məlumat verib. O, uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi və digər məsələlərdən danışıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!