BŞBPİ: İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq

2019-10-15 17:56:36 / 1117 dəfə oxunub

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müxalifətin Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq:

"Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.”

Xatırladaq ki, müxalifət oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib.(trend)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!