Ərdoğan: “Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik”

2019-10-15 14:50:02 / 1009 dəfə oxunub
"Bir-birimizin yanında olmaq qardaşlığımızın tələbidir”.

Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Azərbaycanın öz torpağı Dağlıq Qarabağ və ətrafının Ermənistanın işğalı altında olması 1 milyon qardaşımızı evlərindən, yurdlarından uzaqda qaçqın olaraq yaşamaq məcburiyyətində qoyub. BMT Baş Assambleyasındakı çıxışımda da vurğuladığım kimi bu, qəbuledilməzdir. Dağlıq Qarabağ probleminin ən qısa zamanda sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.(azvision.az)
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!