XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı "qara siyahı"dan çıxarılıb

2019-10-15 10:36:35 / 1054 dəfə oxunub

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən "Kuhner Fondu" Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, bu fondun rəhbəri Laura Kuhner, eləcə də onun üzvlərinin Tim Bürgin və Qifti Dvamena adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"ndan çıxarılmasını xahiş edib.

XİN-dən verilən məlumata görə, məktubda "Kuhner Fondu" Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvlərinin etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

"Kuhner Fondu"nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!