31 il sonra şok etiraf: Qarabağ savaşını mən başlatdım - Video

2019-10-16 18:24:11 / 1142 dəfə oxunub

Qondarma Qarabağ rejiminin "təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etiraf edib.

Axar.azxəbər verir ki, Balasanyan bu etirafı "News.am”a müsahibəsində deyib. O, 22 fevral 1988-ci ildə iki azərbaycanlı gəncin öldürülməsinin təşkilatçısı olduğunu bildirib:

"Mən təşkilatçı, atıcı, qatil, cinayətkar olmuşam. Etiraf edirəm. O zaman cinayət işi qaldırıldı və 1991-ci ilə qədər davam etdi. Bu məsələlərin surəti hazırda Azərbaycan Baş Prokurorluğunda saxlanılır. Buraya 1991-ci ilə qədər və ondan sonrakı dönəmlərə aid digər fəaliyyətləri də əlavə edin. O zaman niyə biz diversiyaya qaçmalıyıq? Əgər mən 1988-ci ilin fevralından sonra hətta Qarabağdan getsəydim belə, artıq tarixdə qalmaq üçün o zaman üçün kifayət qədər şey etmişdim. Mənim 1991-1994-cü illərdə etdiklərimi də əlavə edin. Andranik Köçəryandan soruşun görək, mən həmin dövrlərdə hansı hərbi vəzifədə olmuşam. O, problemsiz cavab verəcək”.

Qeyd edək ki, 1988-ci il, "miatsum”dan bir gün sonra 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Bundan cəmi iki gün sonra azərbaycanlılar və ermənilər arasında birbaşa qarşıdurma atışmaya çevrildi. Nəticədə iki azərbaycanlı gənc həyatını itirdi.

Hadisələrin dramatikləşməsi də bu proseslə başladı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!