XİN-dən həmsədrlərin Qarabağ səfərinə - Münasibət

2019-10-16 17:42:31 / 1166 dəfə oxunub

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bölgəyə səfər edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin marşrutunun İrəvandan Qarabağa və yalnız ondan sonra Bakıya keçməsinə, habelə bunun münaqişənin hər iki tərəfi ilə razılaşdırıldığı, yoxsa bunun həmsədrlərin özlərinin qərarı olması və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə biləcəyinə münasibət bildirib.

XİN-dən verilən məlumata görə, nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var.

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilib və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”, - deyə L. Abdullayeva vurğulayıb


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!