Bakı Zamirənin milyonlarını niyə istəmir?

2019-10-16 14:45:24 / 1174 dəfə oxunub

İngiltərədə keçirilən məhkəmədə çıxarılan qərara əsasən, Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Azərbaycana ekstradisiya edilməyəcək.

Maraqlıdır ki, çıxarılan qətnamədə məhkəmə Z.Hacıyevanın İngiltərədə əldə etdiyi mülklərin həyat yoldaşının Azərbaycandan oğurladığı pullarla alındığını təsdiqləyib. Məhkəmədə vurğulanıb ki, Zamirə Hacıyeva sağa-sola xərclədiyi, bahalı mülklər aldığı milyonların oğurluq olduğunu əvvəlcədən bilib. Məhz buna görə də Z.Hacıyevanın İngiltərədəki əmlaklarının üzərinə həbs qoyulub.

Bu barədəAxar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məhkəmə "izah oluna bilməyən əmlak tələbi” ilə şəxsdən bu sərvətin mənbəyini göstərməsini tələb edə bilər.

Hazırda Z.Hacıyevanın əmlakına həbs qoyulduğu üçün o, faktiki olaraq əmlaklarından istifadə edə bilmir.

Beləliklə, Azərbaycan o əmlakların dövlətə qaytarılması tələbini qaldırmaq hüququna malikdir.

"Azərbaycan o əmlakın qaytarılmasını tələbini qaldırıbmı?” sualına aydınlıq gətirməsi üçün Ədliyyə Nazirliyini sorğu göndərilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!