"Bu uşaqlarla məğul olmaq olduqca böyük zəhmət və qayğı tələb edir"

2019-10-22 16:10:05 / 1066 dəfə oxunub

Eşitmə, görmə və nitq qusurlu uşaqların cəmiyyətdən kənarda qalmaması və onlara dövlət qayğısını hiss etdirmək məqsədi ilə festivallarda, yarışlarda istirakıları təmin olunur. SİA-nın verdiyi məlumata görə, bununla bağlı müxtəlif proqram və layihələr həyata keçirilir.

Hətta eşitmə, görmə və nitq qusurlu uşaqlara Azərbaycan himni də öyrədilib.

Lal-kar uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbində 16 ildir ki, rəqs müəllimi kimi fəaliyyət göstərən Kərimova Günel vurğulayıb ki, bu tip uşaqlarla məğul olmaq olduqca böyük zəhmət və qayğı tələb edir: "Bu uşaqlarla işləmək mənim üçün şərəfdir. Bu uşaqların arasında çox sayda istedadlı uşaqlar var. Və biz də bu uşaqların istedadlarını üzə çıxarmaqda yardımçı oluruq, Azərbaycan himinin sözlərini onlara mimika, jest hərəkətləri ilə öyrədirik. Tək rəqsdə deyil, eyni zamanda rəsm, toxuculuq, idman sahəsində böyük naliyyətlər əldə edirlər. Həmçinin qeyd edim ki, bu uşaqlar bir sıra xarici ölkədə təşkil olunan festivallarda iştirak ediblər. Eyni zamanda, "Soyuq Əllər, İsti Ürəklər”, "Həyat Fondu”nun keçirdiyi tədbirdə bizim uşaqlar qalib gəliblər. "Baku ExpoCentr” də və digər bu kimi yerlərdə uşaqların çıxışları olub".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!