Məhkəmə Mübariz İbrahimovu təhqir edən qıza CƏZA verdi

2019-10-23 12:51:29 / 586 dəfə oxunub

Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Sabahinfo.az APA-ya istinadla xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Şahmarzadə 400 saat islah işlərinə məhkum edilib.

Xatırladaq ki, ötən proses xüsusi ittihamçının nümayəndəsi, vəkil Ramil Rüstəmov çıxış edərək məhkəmədən N. Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!