Fizuli Məmmədov daha bir soydaşımızın əməliyyat xərcini öz üzərinə götürüb

2019-10-31 14:08:43 / 4510 dəfə oxunub
Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) və Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov Rusiyada xırda ticarətlə məşğul olan soydaşımız Orxan Hüseynovun əməliyyat olunması üçün lazım olan bütün xərcləri öz üzərinə götürüb.

RAİ-nin mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, bazarda xırda ticarətlə məşğul olan Orxan Hüseynov iki gün əvvəl yıxılaraq sol əlindən ciddi xəsarət alıb. Həkimlərin müayinəsindən sonra Orxan Hüseynova təcili əməliyyat olunmaq tövsiyə edilib. Əks təqdirdə onun qolunun amputasiya ediləcəyi bildirilib.

Vəziyyətdən xəbərdar olan Orxanın həmkarları və dostları əməliyyat xərcini qarşılamaq üçün vəsait toplayıblar və eyni zamanda xeyirxah insanlardan Orxan Hüseynova kömək göstərmək xahiş olunub. Hadisədən dərhal xəbər tutan Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Orxan Hüseynovun əməliyyat olunması üçün lazım olan vəsaiti ödəyib. Tezliklə həmyerlimiz qolundan əməliyyat keçirəcək.
Qeyd edək ki, RAİ prezidenti Fizuli Məmmədovun bu kimi xeyirxah əməlləri ilk deyil, Məlumat üçün bildirək ki, qısa müddət ərzində Fizuli Məmmədov 22 Qarabağ müharibəsi veteranına mənzil hədiyyə edib. Eyni zamanda tanınmış ictimai xadim Sankt-Peterburq, Novqorod və Kalininqrad bölgələrində Böyük Vətən Müharibəsində həlak olmuş Azərbaycan qəhrəmanlarına abidə ucaldılması təşəbbüsünü irəli sürüb və bunun üçün lazım olan xərcləri öz üzərinə götürüb.

Xosrov
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!