Sabirabadlı məmur görün, necə pul qazanır... - Müraciət...

2019-11-05 11:32:28 / 746 dəfə oxunub
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov vəzifəsindən sui-istifadə edərək, qəzalı vəziyyətdə olan S.Vurğun adına kinoklubu şəxsi məqsədləri üçün ayrı-ayrı şəxslərə icarəyə verib.

Bu barədə Sabirabad rayon sakini Əliheydər Əliyev Axar.az-a ünvanladığı şikayət məktubunda qeyd edib. O bildirib ki, idarə rəisi hətta kinoklubun konstruksiyasını da dağıdıb:

"Sabirabadın mərkəzində yerləşən S.Vurğun adına kinoklub 60-cı illərdə tikildiyi üçün istismar müddətin başa vurub. Hələ o vaxtlar üstünün dəmir paneli düzgün qoyulmayıb və hazırda istismara tam yararsızdır. Həmçinin beton keyfiyyətini tam itirib, qəfil qopmalar olur və qəzalı vəziyyətdə olduğu üçün təhlükəlidir. Lakin buna baxmayaraq, hazırda binanın müxtəlif hissələrində 3 icarəçi fəaliyyət göstərir. Sözügedən obyektlərdən əlavə Əhməd Ramazanov qəzalı vəziyyətdə olan kinoklubun iki əsas divarını 4 yerdən dağıdaraq, yeni obyektlər tikdirir ki, onları da icarəyə versin”.

Məsələ ilə bağlı saytımıza danışan Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ağalar Hümbətov bildirib ki, səslənən iddiaların heç bir əsası yoxdur:

"Sözügedən müəssisə idarəmiz tərəfindən təmir olunub və bütövlükdə Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Hazırda oranın öz işçiləri də var. Araşdırıb öyrənə də bilərsiniz”.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə saytımıza bildirib ki, nazirlikdə sözügedən şikayətlə bağlı heç bir məlumat yoxdur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!