Baş toksikoloq zəhərlənən tələbələrin son vəziyyətini açıqladı

2019-11-23 11:14:26 / 3942 dəfə oxunub

Bakı Dövlət Universitetinin (BDU) zəhərlənən tələbələrinin vəziyyətləri stabildir.

Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

Onun sözlərinə görə, tələbələrin səhhəti yaxşılaşmaqdadır:

"Tələbələrin müayinələri davam edir. Təxminən gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı onlar evə buraxıla bilərlər. Bu gün konsilium olunacaq. Konsiliumdan sonra tələbələrin reanimasiyadan palataya köçürülmələri gözlənilir”.

Baş toksikoloq qeyd edib ki, zəhərlənmə faktı ilə bağlı laboratoriyanın nəticələri açıqlanmayıb, hazırda istintaq gedir.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üçtələbə qız aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!