Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü

2019-11-25 10:29:18 / 2060 dəfə oxunub

Qaradağ rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, maşın Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalova məxsus olub.

Hadisə zamanı R.Zeynalovun həyat yoldaşı Əminə Zeynalova və onun sürücüsü Rövşən Cabbarov ölüb.

Maşında olan R.Zeynalov və onun oğlu ağır yaralanıb.

Qeyd edək ki, gecəQaradağ rayonunda "Hyundai” markalı avtomobil yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!