Bakıda daha altı tələbə zəhərləndi - YENİLƏNİB

2019-11-26 09:37:06 / 3863 dəfə oxunub

Zəhərlənən altıtələbədən dördü evə buraxılıb.

KTM-dənOxu.Az-averilən məlumata görə, dördnəfərin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilib.

İki nəfərdən biri son müayinələrdən sonra evə buraxılacaq, digər tələbənin vəziyyəti isə kafidir. Hələlik onunmüalicəsi xəstəxanada davam etdiriləcək.

08:15

Xəzər Universitetinin altıtələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindənverilən məlumata görə, hazırda tələbələr təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətiriliblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!