İcra başçısının müavini qonşularını təhqir etdi: “Pozğunların darvazasını çəkib...”

2019-11-26 15:15:54 / 640 dəfə oxunub

Şirvan şəhər icra başçısının müavini Elmira Ağayevaəmlakı ilə bağlı yayılan məlumatlaramünasibət bildirib.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur:

"Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Biri evin fotosu düzgün çəkilib, o oğlumun evidir.

1995-ci ildə alınmış torpağın içində tikilib. O, evin də həyətində oğlum qaloşla, rezin çəkmə ilə gəzir. Mənim iki oğlum var. Hazırda da onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır?

Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər. Orada lazer epilyasiya yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola-ola 14 ildir işləmədiyi üçün icarəyə götürüb.

"Oba market” də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm.

"Karennoy” şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişəm. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!