Parisdə Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında - QALMAQAL

2019-11-27 17:23:31 / 602 dəfə oxunub

Parisdə UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ermənistan təxribata əl atıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Azərbaycanın Mədəniyyət naziri, Əbülfəs Qarayevin çıxışından sonra olub.

Nümayəndə heyəti bildirib ki, təhlükəsizlik şərtləri təmin edilmədiyindən Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş sessiyasında Ermənistanın iştirakı mümkün olmayıb.

Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab verib. Bildirilib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESCO ilə Azərbaycan hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib.

Qeyd olunub ki, bu çərçivədə Azərbaycan UNESCO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib.

Bildirilib ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir.

Azərbaycan nümayəndə heyəti, həmçinin UNESCO rəhbərliyi və iştirakçıları tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymətini verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!