Ruhanidən Azərbaycanla bağlı mühüm - MESAJ

2019-11-28 10:07:47 / 566 dəfə oxunub

İranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun inşası davam etdirilir.

Oxu.Azİran KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı çıxış edərkən deyib.

O bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur. H.Ruhani söyləyib ki, İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək.

İran Prezidentinin fikrincə, ölkəsinin Azərbaycanla da əlaqələri inkişaf edəcək. O, bununla bağlı danışıqlar aparıldığını deyib.

H.Ruhani Araz çayının çirkləndirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırıb.

H.Ruhani bildirib ki, İranbu məsələni gələcəkdə ciddi şəkildə diqqətdə saxlayacaq.

"Bizim bununla bağlı Ermənistanla razılaşmamız var”, - deyə H.Ruhani əlavə edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!