“Qarabağ” səfərdə “Sevilya”ya qarşı

2019-11-28 10:03:55 / 702 dəfə oxunub

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.

Bu gün Azərbaycan çempionu "Qarabağ” bu turniri ən çox qazanmış "Sevilya” ilə qarşılaşacaq.

İspaniyanın Sevilya şəhərinin Ramon Sançes Pisxuan adına stadionunda baş tutacaq görüşdən Ağdam komandası mütləq şəkildə xalla qayıtmalıdır. Çünki Qurban Qurbanovun yetirmələri ötən tur Kipr çempionu APOEL-ə uduzmaqla qrupda ikinci yeri əsas rəqibinə təhvil verib və bununla da işini çətinləşdirib.

Çünki APOEL-in autsayder Lüksemburq "Düdlanj”ına qalib gələcəyi ehtimal edilir. Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayacağındanbir qulağımız eyni vaxtda Lüksemburqdakı görüşdə olacaq. Cırtdan ölkənin təmsilçisi Kiprdəki sensasiyanı öz meydanında da təkrarlasa, işini nisbətən yüngülləşdirəcək.

"Qarabağ”ın işini yüngülləşdirən məqam yalnız odur ki,"Sevilya” ötən tur"Bazel” (İsveçrə),"Seltik” (Şotlandiya),"Espanyol” (İspaniya) və"Mançester Yunaytid” (İngiltərə) kimi iki tur öncədən pley-offa vəsiqə qazanıb. Bu səbəbdənBakıda "Qarabağ”a 3:0 qalib gəlmiş Əndəlüs təmsilçisinin bu dəfə rotasiyaya əl atılmış heyətlə meydana çıxacağı gözlənilir.

Avropa Liqası
A qrupu
00:00 "Sevilya” – "Qarabağ”
00:00 "Düdlanj” – APOEL

1. Sevilya 12
2. APOEL 4
3. Qarabağ 4
4. Düdlanj 3


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!