Baş redaktorların “yubiley” davası: “Xalq qəzeti”ni biabırçılıqdan xilas edin”

2019-11-28 09:54:20 / 700 dəfə oxunub

"Xalq qəzeti”ni biabırçılıqdan, baş redaktorunu isə qəflətdən xilas edin.

Oxu.Azxəbər verir ki, bunu "Respublika”qəzetinin baş redaktoru, 88 yaşlı Teymur Əhmədov"Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist, tarixçi Həsən Həsənova və redaksiyasının ünvanına deyib.

Teymur Əhmədov "Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovun qəzetin yaşını saxtalaşdırmağa və "şou” göstərməyə çalışdığını qeyd edib:

"Xalq qəzeti”nin 100 illik yubileyi ilə bağlı sorğu-sual edənlər haqlı olaraq soruşurlar ki, qəzetin manşetində "Qəzet 1919-cu ildən nəşr edilir” yazıldığı halda, siz nə üçün bu qəzetin yubileyinin keçirilməsinə etiraz etmisiniz?

Nəzərinizə çatdırım ki, milli mətbuat aləmində "Xalq qəzeti”nin nəşr tarixi 1991-ci ildən başlayır. Əməkdar jurnalist, tarixçi, baş redaktor Həsən Həsənov inad göstərib 28 yaşlı müstəqillik dövrünün yetirməsi "Xalq qəzeti”ni "respublikanın ən qocaman qəzeti” adlandırıb, onun 100 illik yubileyini keçirərək ənam qazanmaq istəyirdi? İctimaiyyəti də bu işə cəlb etmişdi. 2019-cu ilin avqust ayında canfəşanlıqla səhifə-səhifə yubiley şənliyi - "şou” keçirirdi. Onun yalan marafonu ayaq tutsa da, qarşısı alındı”.

Bununla yanaşı, T.Əhmədov Həsən Həsənov barədə Prezidentin köməkçisi Əli Həsənova şikayət edib:

"İndi Əməkdar jurnalist, tarixçi, baş redaktor Həsən Həsənov bədnamlıqdan nəticə çıxarmayıb. Məcnun Leylinin dəlisi olan kimi, bu da Xalq Cümhuriyyəti dövründə - 1919-cu ildə ilk nömrəsi müsadirə olunan "Kommunist” qəzetinin tarixini və 75 illik yubileyini (28 yaşlı) "Xalq qəzeti”nin adına çıxıb yenə kəmfürsətlilik etmək, gələcəkdə yubiley "şou”su keçirmək niyyətindədir.

Güman edirəm ki, bunlar prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun diqqətini çəksə, o, "Xalq qəzeti”nin manşetinin - ilk səhifəsinə başlığın altında yazılan "Qəzet 1919-cu ildən nəşr edilir” ağ yalanına icazə verməz.

Beləliklə, "Xalq qəzeti” biabırçılıqdan xilas olar. Hümmət edin, baş redaktoru qəflətdən ayıldın!

Qeyd edək ki, bu məqalə "Respublika” qəzetində dərc edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!