Azərbaycan parlamenti yeni Ombudsman seçdi

2019-11-29 12:45:34 / 594 dəfə oxunub

Bu gün Milli Məclisin iclasındaİnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb.

Oxu.Az-ın məlumatına görə, ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb.

Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib.

Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva, digəri isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva idi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!