Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

2019-12-05 16:24:38 / 2523 dəfə oxunub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından söz açıb.

Oxu.Az-ın xəbərinə görə, E.Məmmədyarovötən gün Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşdən danışıb.

Nazir görüşün üçsaat davam etdiyini və müzakirələrin çətin keçdiyini bildirib.

"ATƏT Minsk Qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin mərhələli şəkildə həlli ilə bağlı yanaşmadan ibarətdir. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılmasıdır”, - deyə E.Məmmədyarov əlavə edib.

O deyib ki, bunun üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Ermənistan silahlı bölmələri Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.

Tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.

Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlırazılığa gəliblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!