“EuroHome”də malları yanan sahibkar: Bazarın 95 faizi yararsız hala düşüb

2019-12-10 17:57:20 / 704 dəfə oxunub

80 min manat dəyərində mallar yanıb-kül oldu. Heç yarısını da xilas edə bilmədim.

Oxu.Azxəbər verir ki, bu sözləri bu gün "EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğında malları yanan sahibkar Əhmədov Pərviz Fərmail oğlu deyib.

O bildirib ki, yanğın səhər saat 07:30-da başlayıb:

"Səhər yanğın başladığını eşitdik. Hamı öz malını xilas etməyə çalışırdı. Mənim 108 kvadratmetrlik mağazam və qarşısında mallar yığdığım 54 kvadratmetrlik həyət yanıb. Mallarım da məhv oldu. Yanğın birinci cərgələrdə kafel-metlaxsatılan dükandan başlayıb. Qısa zamanda külək yanğının bütün bazara yayılmasına səbəb olub”.

Sahibkar deyir ki, onunla bərabər, 150-dən çox dükan yanıb:

"Bazarın əsas hissəsi, mərkəzinin 95 faizə yaxın hissəsi yanıb, yararsız hala düşüb. Mağazaların çoxunun sığortası yoxdur. Amma mənim sığortam var. Hələ bilmirəm nə olacaq. Əsas yanan rezin turbalar, borular idi. Onları söndürmək çətin olduğu üçün yanğın daha geniş əraziyə yayıldı”.

Son xəbərlər
30 illik sınaq
2020-01-19 13:58:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!