Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu

2019-12-12 17:25:03 / 684 dəfə oxunub

Tərtərdəki silahlı insidentdə şübhəli bilinərək, saxlanılan şəxslərdən odlu silahdan əlavə, psixotrop dərmanlar da götürülüb.

Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dekabrın 9-daTərtər şəhəri Səməd Vurğun küçəsində odlu silahdan açılan atəş nəticəsində 32 yaşlı Behbudov Mansur Oqtay oğlu yaralanıb.

Cinayətkar yaxın məsafədən zərərçəkmişin ağzına atəş açıb. Güllə xəsarəti alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə köçürülüb. M. Behbudovun vəziyyəti hələ də ağır olaraq qiymətləndirilir.

Faktla bağlı dekabrın 10-u gecə saatlarında, paytaxtda gizlənməyə çalışan iki nəfər şübhəli şəxs saxlanılıb. Hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd kimi qiymətləndirilib.

LakinOxu.Az-ın müxbirinin araşdırması nəticəsində məlum olub ki, hadisəyə görə üç nəfər saxlanılıb. Onlardan ikisi Tərtər, biri isə Bakı şəhər sakinidir.

Təqsirləndirilənlər - qarət və soyğunçuluqda ittiham olunaraq cəza çəkmiş 1996-cı il təvəllüdlü Ağazadə Sənan Zahid oğlu, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərə daxil olaraq hədə-qorxu yolu ilə soyğunçuluq həyata keçirmiş 1988-ci il təvəllüdlü Hüseynov Sərvər Fərman oğlu və Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Heydərzadə Mikayıl İlham oğludur.

Sonuncu saxlanılan zaman şübhəli şəxslərin əyləşdiyi "Priora” markalı avtomobili idarə edib.

Avtomobil polislər tərəfindən Binəqədi rayonu Azadlıq prospektində saxlanılıb. Əməliyyatçılar avtomobildə apardıqları axtarış nəticəsində lüləsi kəsilmiş ov tüfəngi, 29 ədəd metandienon psixiatrop dərman həbləri və 11 ədəd deksametazon həbi aşkar ediblər.

İlkin istintaq araşdırmalarından sonra məlum olub ki, kişilər arasında insident şəxsi münasibətlərə aydınlıq gətirilərkən baş verib. Lakin lüləsi kəsilmiş ov tüfənginin hansı məqsədlə əldə olunması faktı istintaq tərəfindən araşdırılmalıdır. Əvvəllər soyğunçuluqda ittiham olunan şəxslərinbu dəfə silahlı basqın planlaşdırdıqları istisna olunmur.

Cinayət faktı ilə əlaqədar istintaq davam etdirilir.

Son xəbərlər
30 illik sınaq
2020-01-19 13:58:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!