Bakının Sulutəpə qəsəbəsi “su içində üzür”: Uşaqlar dərsə getməkdə çətinlik çəkir - VİDEO

2019-12-13 16:47:44 / 3205 dəfə oxunub

Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir.

Oxu.Azxəbər verir ki, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur.

Qəsəbə sakinləri saytımıza bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq belə mümkün olmur:

"Yaxın zamanlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”.

Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zəngimiz cavabsız qaldı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!