Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİ

2019-12-13 16:40:47 / 721 dəfə oxunub

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xət­tində təhvil alınan döyüş postlarında böyük miqyaslı işlər görülüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Hesabatda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində təhvil alınmış döyüş postlarında böyük miqyaslı işlər görülüb.

Qeyd olunub ki, mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqa­mətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntə­qələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə, nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.(oxu.az)


Son xəbərlər
30 illik sınaq
2020-01-19 13:58:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!