Xoşbəxt Yusifzadənin “elektriçka” əhvalatı: “Bəxtiyar sağ olsaydı, deyəcəkdi, evi qaytar” - VİDEO

2020-01-15 12:01:51 / 736 dəfə oxunub

Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə həyatı ilə bağlı maraqlı əhvalat danışıb.

Həmin əhvalatı təqdim edirik:

"Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdə idi. Heç gedib-gəlmək olmurdu. Gördüm, bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım.

Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya "elektriçka” çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, "elektriçka” çəkdirə bilmərəm, amma sənə ev verərəm.

İndi o gün cənab İlham Əliyev Pirşağıya "elektriçka” ilə gəldi. Mən gördüm bu "elektriçka”nı, ay Xoşbəxt, 60 ildən sonra sənin "elektriçka”n gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi, evi qaytar. "Elektriçka” gəldi, evi neyləyirsən?”

AZTV

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!