Həbs olunan icra başçısının hakim oğlu danışdı: “Məni narahat etməyin”

2020-01-16 11:19:03 / 2749 dəfə oxunub

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin hakim oğlu Ramin Quliyevin səhhətində yaranan problemlə bağlı bülletenə çıxdığı bildirilir.

Bir müddət əvvəl isə Nərimanov Rayon Məhkəməsində hakimin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub.

O, Modern.az-a açıqlamasında mətbuatdan onu narahat etməməsini xahiş edib.

"Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm. Buna görə kimsə narahat olmasın və məni də narahat etməyin”, - deyərək dəstəyi asıb.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabrdaDövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunub. Daha sonra o, ölkə başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən çıxarılıb.

Nizaməddin Quliyevin digər oğlu Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində tutduğu vəzifəsindən azad olunub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!