Nuşirəvan Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması fikri ilə razılaşmır

2020-01-16 11:07:41 / 973 dəfə oxunub

Seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir.

Oxu.Azxəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli "Seçkinin mediada isiqlandırlıması” mövzusunda informasiya sessiyasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda özəl TV və radio kanalları təşviqatda iştirak edə bilməz.

"Seçkilər dövründə "İctimai” TV seçkiqabağı təşviqat mərhələsində əsas KİV-lərdən birinə çevrilir”, - deyə o əlavə edib.

N.Məhərrəmli bildirib ki, İTV seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir:

"Pulsuz efir vaxtı həftədə üç saatdan az olmayaraq həyata keçirilir. Pulsuz efir vaxtı 60 dairədə namizədi qeydiyyata alınmış partiya və bloklar aiddir. Medianın üzərinə qoyulan tələb odur ki, hər hansı bir namizədə üstünlük verməsin, bütün namizədlərə bərabər şərait yaratsın”, - deyən N.Məhərrəmli əlavə edib ki, ödənişli efir vaxtı pulsuz efir vaxtından iki dəfə çox olmalıdır.

N.Məhərrəmli təşviqat üçün məbləğin yüksək olması barədə fikirlərə də münasibət bildirib.

"İTV tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsi minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!