“Yeni tərkibli MM islahatların ruhuna uyğun gələcək bir parlament olacaq” – ELDƏNİZ SƏLİMOV GÖRÜŞLƏRƏ BAŞLADI

2020-01-17 18:00:48 / 1068 dəfə oxunub

Yeni Azərbaycan Partiyasından (YAP olan millət vəkili və ikinci dəfə deputatlığa namizəd Eldəniz Səlimov təbliğat-təşviqat kampaniyasının ilk günündə gənclərlə, hakim partiyanın Xaçmaz rayon təşkilatının aktivləri ilə bir araya gəlib.

Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədriŞəmsəddin Xanbabayevaçaraq bildirib ki, ölkə Prezidenti tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır:

"Bütün bunlara görə möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk”.

Sonra görüş iştirakçılarının fikirləri, sualları dinlənilib və millət vəkili tərəfindən ona münasibət bildirilib, cavablar verilib.

Millət vəkili eyni zamanda, 9 fevral seçkilərinin Azərbaycan dövləti və xalqının həyatında mühüm rol oynadığını bildiribib və qeyd edib ki, bu seçkilər ölkənin çiçəklənməsinə, tərəqqisinə, demokratikləşməsinə özünün mühüm töhfələrini verəcək.

"İslahatlar, demokratikləşmə prosesi gündən-günə dərinləşməkdədir. Bunlar da öz növbəsində yeni tərkibli parlamentin formalaşmasını zəruri edir. Millət vəkilləri, 5-ci çağırışın üzvləri daim Azərbaycan dövlətinin yanında, dövlətçiliyin müdafiəsində, keşiyində dayanıblar, o cümlədən, qanunvericiliyin təkmilləşdirilməsinə öz töhfələrini veriblər. Amma bu istiqamətdə fəallığın, aktivliyin daha da artırılması tələb olunur. İnanıram və əminəm ki, yeni tərkibli parlament də məhz bu tələblərə cavab verə, islahatların, demokratikləşmənin ruhuna uyğun gələ biləcək bir parlament, Milli Məclis olacaq”-deyə, o, əlavə edib.

Eyni zamanda, deputatlığa namizədin müvafiq yerlərdə-lövhələrdə plakatlarının yerləşdirilməsinə başlanılıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!