Qaradağ rayonunda seçki kampaniyasına start verildi - FOTO

2020-01-17 18:20:05 / 2758 dəfə oxunub

Fevralın 9-da keçiriləcək parlament seçkilərinə Qaradağ rayonunda da start verildi. İlk olaraq namizədliyi YAP tərəfindən 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülmüş partiyanın rayon təşkilatının sədri Aydın Hüseynovun və 12 saylı Qaradağ-Yasamal-Binəqədi seçki dairəsindən namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın plakatları müvafiq yerlərdə nəzərdə tutulan lövhələrə vuruldu.

YAP Qaradağ rayon təşkilatının akt zalında təbliğat kampaniyasına təşkilatın gənc fəlları ilə görüşlə start verildi.

Təşkilatın sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov YAP-ın məqsəd və məramı barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, müstəqilliyimizin ağır və çətin dövründə xalqın yekdil səsi ilə yaranan partiyamız ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində xalqımızın arzu və istəyini reallaşdırdı. Dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşən respublikamız bütün bu fəlakətlərdən birdəfəlik xilas olaraq yeni bir inkişaf dövrünə qədəm qoydu. Qazanılan bütün bu uğurları xalqa xidmət nümunəsi hesab edən YAP müstəqil respublikamızın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının durmadan yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışır. Partiyamızın ilk sədri, ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin YAP sədri, Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin bütün sahələr üzrə inkişafını durmadan yüksəldir.

Qeyd olundu ki, xalqımızın böyük etimadını əməli işi ilə doğruldan partiyamız parlament seçkilərinə də ciddi hazırlaşır. Həm iqtidar partiyası olaraq seçkilərin demokratik və şəffaf keçirilməsinə, həm də xalqın yekdil səsi ilə növbəti qələbəsini qazanmağa çalışır. Çünki seçkilərə "Daha güclü Azərbaycan naminə” devizi ilə qatılan partiyamızın seçicilərə müraciəti belədir: Azərbaycanın gəlcəyinə səs ver!


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!