Daxili İşlər naziri polkovnikə yüksək vəzifə verdi

2020-01-17 17:18:07 / 2609 dəfə oxunub

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsmayıl Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl idarənin rəisi, polis polkovniki Nazim İsmayılov vəzifəsindən azad olunaraq, Bakı şəhər BPİ-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!