Azərbaycanda nişanlı qız intihar etdi: Bacısının həyat yoldaşının telefonu ilə...

2020-01-21 14:27:00 / 711 dəfə oxunub

Dünən İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib.Onun nişanlı olduğu bildirilir.

Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Otuziki kənd məktəbinin direktoru Balanisə Quliyeva mərhumun 11-ci sinif şagirdi olduğunu bildirib:

"Ailədə beş qız, bir oğlan övladları var. Sakit, ağıllı, tərbiyəli şagirdlərdən olub. Onun nişanlı olduğunu biz heç bilmirdik. Vəfat edəndən sonra bilmişik ki, xalası oğlu ilə nişanlı olub. Niyə intihar etdiyi bilinmir. Hadisə baş verən gün bacısıgilə gedib. Bacısının həyat yoldaşının telefonu ilə kiməsə zəng edib danışıb. Sonra evlərinə gedərək hamamda özünü trosla asıb.

Prokuorluqda cinayət işi açılıb, araşdırma aparılır”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!