Deputatlığa namizəd Nəsib Məhəməliyev təhsil və səhiyyə işçiləri ilə görüşdü - FOTOLAR

2020-01-22 13:04:52 / 1522 dəfə oxunub

109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyev təhsil və səhiyyə içşiləri ilə görüş keçirib. Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Nəsib Məhəməliyevin namizədliyinin YAP İdarə Heyyəti tərəfindən irəli sürülməsi münasibəti ilə YAP Balakən Rayon Təşkilatı adından YAP Idarə Heyyətinə öz minnətdarlığını bildirdi. O, N.Məhəməliyev həm Balakən Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə, həm beşinci çağırış millət vəkili dönəmində hər zaman balakənliləri maraqlandıran məsələləri gündəmə gətirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən təhsil işçilərindən Əkrəm Eminov N.Məhəməliyevin Balakən təhsilində oynadığı roldan danışıb. Digər təhsil işçiləri Əyyub Abdullayev, Nərmin Paşayeva çıxış edərək qarşıdan gələn seçkilərdə N.Məhəməliyevə səs verəcəklərini bildiriblər.

Səhiyyə işçilərindən Məhəmməd Əhmədov, Mirhaşım Haşımov və digərləri N.Məhəməliyevə seçkidə uğurlar arzu ediblər.



N.Məhəməliyev çıxışında Azərbaycanın beynəlxalq müstəvidə apardığı siyasət barəsində danışıb. Qeyd edib ki, cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xarici siyasətdə mühüm işlər görür. Deputatlığa namizəd qeyd edib ki, təhsil işçiləri kadr hazırlamalıdırlar. Hər bir təhsil işçisi uşağın isyedad bacarığının üzə çıxarılmasında mühüm rol oynamalıdır.



Azərbaycanda həyata keçirilən sosial siyasətdən danışan deputatlığa namizəd həyata keçirilən infrastruktur layihələri, qəbul olunan qərarlar nəticəsində sosial problemlər yox səviyyəsindədir. Bakı-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizinin açılmasının əhəmiyyətindən danışan N.Məhəməliyev bütün bunların ölkəmizin inkişafında mühüm rol oynadığını qeyd edib. Ordu quruculuğu sahəsində həyata keçirilən işlərə toxunan natiq Azərbaycan ordusunun daim gücləndiyini bildirib. Qeyd edib ki, həyata keçirilən işlər nəticəsində Azərbaycan ordusunun dünya orduları arasında reytinqi daha da möhkəmlənib.



Azərbaycanın mədəni sahədə həyata keçirdiyi işlərə toxunan N.Məhəməliyev mədəni irsimizin dünyaya çatdırılmasında birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm rol oynadığını deyib. Bildirib ki, Mehriban xanımın səyi Nəticəsində Şəki Xan Sarayı və digər mədəni abidələrimiz UNESCCO-nun mədəni irs siyahısına daxil edilib. Bu işlərin bugün də davam etdiyini bildirən deputatlığa namizəd Mehriban Əliyevanın rəhbərliyi altında təhsil və səhiyyə sahəsində də mühüm işlər görüldüyünü, Heydər Əliyev Fondu tərəfindən yeni-yeni təhsil, tibb ocaqlarının tikilib istifadəyə verildiyini diqqətə çatdırdı.

Sonda N.Məhəməliyev 9 fevral tarixində hamılıqla səsvermədə iştirak etməyin vacibliyini qeyd edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!