Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid ailələrindən Nəsib Məhəməliyevə dəstək

2020-01-24 17:19:43 / 2484 dəfə oxunub
109 saylı Balakən Seçki Dairəsindən parlament üzvlüyünə namizəd Nəsib Məhəməliyev yanvarın 23- də Qarabağ müharibəsi əlilləri , veteranları və Şəhid ailələri ilə görüşdü. Nəsib Məhəməliyev görüş zamanı şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad etdi.

Nəsib Məhəməliyev seçicilərlə görüş zamanı seçki platforması haqqında geniş məlumat verərək, qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğullu istiqamətində görəcəyi işlər barədə danışıb.

Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb.

Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.



Nəsib Məhəməliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlarını səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin dünyada daha geniş təbliğinə çalışaçağını, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün səy göstərəcəyini, onların evlə təmin olunmaları istiqamətində addımlar atacağını qeyd edib. Həmçinin milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində, gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini də vurğulayıb.

Sonda Nəsib MəhəməliyevQarabağ müharibəsi əlilləri , veteranları və Şəhid ailələri qayğıları ilə maraqlanıb təkliflərini dinlədi.

Çıxış edənlərin yekdil fikri bu oldu ki, Nəsib müəllim həm Balakəndə icra hakimiyyətinin başçısı işlədiyi illərdə, həm də deputatlıq dövründə onlara qayğını həmişə diqqətdə saxlayıb. Buna görə də seçki günü Nəsib Məhəməliyevə səs verəcəklərini bildirdilər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!