Gəncədəki qalmaqallı Körpələr evindən daha bir şok görüntü: Uşaqlar döyülür? - VİDEO

2020-01-25 14:26:14 / 3475 dəfə oxunub

Gəncədə 2 saylı Körpələr evində azyaşlı uşaqların döyüldüyünə dair bir sıra məlumatlar yayılıb.

İddia edilir ki, sözügedən uşaq evində körpələrə nəzarət edilmir. Uşaqların işçilər tərəfindən döyüldüyü də iddialar arasındadır.

Körpələr evini ziyarət edən şəxslərdən biri həmin görüntüləri çəkib və sosial şəbəkələrdə paylaşıb.

Mövzu ilə əlaqədarOxu.AzKörpələr evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxlayıb.

L.Kərimova əməkdaşımızla söhbətində yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

O bildirib ki, sözügedən video köhnədir və uşağın işçilər tərəfindən döyülməsi iddiasıyalandır:

"Videodakı uşaq Bərdədən gətirilən iki uşaqdan biridir. Baxıcılar uşaqları nəzarətsiz qoymur. Sadəcə olaraq, uşaqlar öz aralarında oynayan zaman bir-birini itələyiblər. Nəticədə, uşaq yıxılıb, başı yerə dəyib.

Uşağın başına dərman vurub, bağlamışdıq ki, şişkinlik tez çəkilsin. İndi bu videonu vətəndaşlardan kim paylaşıb bilmirəm, amma uşağın döyülməsi ilə bağlı yayılan məlumatlar yanlışdır. Video isə yeni sayılmaz. Çünki hadisə bir müddət əvvəl baş verib”.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Gəncədə 2 saylı Körpələr evi ilə bağlı başqa bir təəssüf doğuracaq görüntülər yayılmışdı. Həmin məlumatlarda iddia edilirdi ki, sözügedən körpələr evində uşaqları bir-birinə iplə bağlayırlar.

Səbəb isə uşaq bezləri dolanda balacaların onları çıxarmağa cəhd etməsi və ətrafı bulaşdırması deyilirdi. Bundan başqa, xeyirxah insanlar tərəfindən uşaq evinə verilən oyuncaqların, geyimlərin də uşaqlara verilmədiyi iddialar arasında olub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!