Azərbaycanda arvadını qırmancla döyən kişi barəsində cinayət işi açıldı

2020-01-25 12:24:08 / 3351 dəfə oxunub

Azərbaycanda həyat yoldaşını qırmancla döyən şəxslə bağlı cinayət işçi açılıb.

Oxu.Az-ın məlumatına görə, Əfsanə İsayevanı döyən həyat yoldaşı Səxavət İsayevbarəsində Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-cimaddəsi ilə (CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlanılıb.

Qeyd edək ki, Xızı rayonunda ana və üç övladı itkin düşmüşdü.

Qadının həyat yoldaşı Səxavət İsayev hüquq-mühafizə orqanlarına məlumat verərək, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək, yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi.

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Polisimiz QÜRURUMUZDUR!
2020-07-02 10:40:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!