Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

2020-01-25 11:50:24 / 1614 dəfə oxunub

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Sabahinfo.az xəbər verir ki, başsağlığında qeyd olunub:

"Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”.

Xatırladaq ki, ötən gecə Türkiyənin Elazığ və Malayta əyalətlərində 6.8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Elazığın Sivrice rayonunda yerləşib. Hadisə nəticəsində 21 nəfər ölüb, 1030 nəfər isə xəsarət alıb. Daha bir yeraltı təkan isə yerli vaxtla saat 09:00 radələrində qeydə alınıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!