YAP-ın deputatlığa namizədi Məşhur Məmmədov Masallının Həsənli kəndində seçicilərlə görüşüb

2020-01-25 15:16:56 / 1233 dəfə oxunub

70 saylı Masallı şəhər seçki dairəsindən YAP-ın deputatlığa namizədi Məşhur Məmmədov rayonun Həsənli kəndində fərdi görüşlər keçirib.

Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən Məşhur Məmmədov qeyd edib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: "Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır”.
M.Məmmədov sonda seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.

yap.org.az

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!