Aqiyə Naxçıvanlı Oğuzda Yəhudi icmasının üzvləri ilə görüşdü - FOTOLAR

2020-01-28 18:45:26 / 6807 dəfə oxunub
117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə görüşlərdən vaxt ayırıb Oğuzda yaşayan Yəhudi icmasının üzvləri ilə görüşdü. Çay süfrəsi arxasında keçən görüş zamanı Aqiyə Naxçıvanlı görüşə gələn icma nümayəndələrini salamladı. O, qeyd etdi ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi əsasını qoyan ümummilli lider Heydər Əliyev olub. Müasir dövrdə bu siyasət əzmlə davam etdirilir və beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan multikulturalizmin mərkəzinə çevrilib.

O, ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən, Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlardan, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən danışdı.



Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsi olduğunu vurğuladı.

Görüş zamanı icma üzvlərindən Sadıq Natalinov, Aftin Simanduyev, Rafiq Liviyev, Asif Abramov, Teymur Natalinov və Rəsul Sefenyayev dövlətin onlara yaratdığı imkan və şəraitdən razılıqlarını bildirdilər. Bunu üçün dövlət başçısına, birinci vitse-prezident Mehriban xanıma minnətdarlıqlarını bildirdilər. Azərbaycanın onlar üçün doğma olduğunu, illərlə bu torpaqlarda azərbaycanlılarla mehriban şəraitdə yaşadıqlarından, bir-birlərinin xeyirində, şərində qarşılıqlı iştirak etməklərindən və bu bağların illər ötdükcə daha da möhkəm olduğundan danışdılar. Hətta müxtəlif səbəblərdən İsrail dövlətinə gedərkən vətən hesab etdikləri Azərbaycan üçün darıxdıqlarını söylədilər.




Qarşılıqlı şəkildə səmimi keçən görüş zamanı ötən günlərdən xoş xatirələr anıldı.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!