İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTO

2020-01-28 22:35:59 / 1846 dəfə oxunub

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədov təbliğat-təşviqat kampaniyasını davam etdirir.

Sabahinfo.az xəbər verir ki, İqbal Məmmədov ona məktub ünvanlayan uşaqlara baş çəkib:

"Dəyərli dostlarım və seçicilərim!
Bir neçə gün əvvəl Lerikin ucqar Dızdipok kəndində yaşayan məktəblilər - Şahnaz və Şahmar balamızdan bir məktub aldım. Mənə ünvanladıqları məktubda xoş, səmimi sözlərlə yanaşı, relyefi və iqlim şəraiti çətin olan kənddə yasamaqlarina və digər çətinliklərə baxmayaraq əla qiymətlərlə oxuduqlarını və mənimlə görüşmək arzusunda olduqlarını bildirirdilər. Məktub məni həqiqi mənada çox təsirləndirdi. Sıx təbliğat və iş qrafikinə rəğmən vaxt tapıb bu gün onlarla görüşməyi özümə borc bilib kəndə yollandım. Sadə bir kəndli həyatı yaşayan kiçik bir ailədə olmaq, onlarla səmimi ünsiyyət qurmaq, onları dinləmək mənə çox xoş oldu".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!