İqbal Məmmədov Nüvədi və Bürsülüm kənd inzibati ərazilərində seçicilərlə görüşüb - FOTOLAR

2020-01-29 00:57:15 / 1819 dəfə oxunub

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədov təbliğat-təşviqat kampaniyasını davam etdirir.

İqbal Məmmədovun seçki qərargahından Sabahinfo.az-a verilən məlumata görə, "Daha güclü Azərbaycan naminə!” devizi ilə aparılan təbliğat-təşviqat kompaniyası, seçicilərilə görüşlər yüksək səviyyədə davam etdirilib:

"Nüvədi və Bürsülüm kənd inzibati ərazi dairələrində yaşayan seçicilərlə görüşlərimiz zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcə də rayonumuzda aparılan quruculuq-abadlıq işlərindən seçicilərə məlumat verdik.


Öz növbəsində çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalılar cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyəndiklərini, səsvermə günü namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədi dəstəkləyəcəklərini bildirdilər".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!