Məzahir Pənahov sosial şəbəkələrlə bağlı tapşırıq verdi

2020-01-30 16:37:57 / 1292 dəfə oxunub

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın nəzdində fəaliyyət göstərən Mətbuat Qrupuna sosial şəbəkədə yayılan məlumatları nəzarətdə saxlamaq tapşırığı verib.

Trend-in məlumatına görə, ümumilikdə sosial şəbəkələrdə seçkilərlə bağlı ciddi narahatlıq yoxdur:

"Əgər sosial şəbəkələrdə seçki prosesinə kölgə sala biləcək hansısa material varsa, onda Mətbuat Qrupu məsələni araşdırmalıdır. Sosial şəbəkələrdə bu və ya digər xoşagəlməz hallar araşdırılmalı və qanunvericiliyin tələbinə uyğun cavab verilməlidir”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!